Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il yanvarın 5-də ölkə üzrə 396 ictimai iaşə obyektində 689 monitorinq keçirib.
FED.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Ə. Nəzərov küçəsi, ev 2, m. 8 ünvanında yerləşən, fiziki şəxs Cavadov Fərhad Natiq oğluna məxsus dönər evi;
2. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 4 ünvanında yerləşən, fiziki şəxs Mikayılov Vüqar Xamis oğluna məxsus çay evi;
3. Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 14/70 ünvanında yerləşən, fiziki şəxs Nadirov Azər Habil oğluna məxsus “Yemen” restoranı;
4. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Naxçıvani küçəsi, ev 7C ünvanında yerləşən, fiziki şəxs İsayev Cavad İldırım oğluna məxsus “Secrets Pub” restoranı;
5. Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən, fiziki şəxs Rəhimov Yunis Adəm oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 15A ünvanında yerləşən, fiziki şəxs “Reges Hotels” MMC-yə məxsus “Divan Express” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.