İctimai iaşə müəssisələrində pandemiya ilə bağlı görülən işlərə dair hesabat hazırlanıb.
Eləcə də bax: 33 restoran cərimələndi - TAM SİYAHI
Qida Təhlükəsizliyi Agentliyindən FED.az-a verilən məlumata görə, 1 fevral – 14 mart tarixlərində AQTA tərəfindən 26 662 monitorinq həyata keçirilib və 1307 nöqsan aşkarlanıb.
Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (28), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5) aşkar edilib.
Ən çox aşkar olunmuş nöqsanlar:
İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi – 1110 (84 %);
İctimai iaşə müəssisələrində müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması – 138 (10%);
Ümumilikdə, ötən ilin sentyabrın 25-dən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 59336 monitorinq həyata keçirilib və 3408 nöqsan aşkar olunub.