Bakıda “COVID-19” infeksiyasına yoluxma halı ən çox Binəqədi rayonunun payına düşür.
FED.az xəbər verir ki, yeni açıqlanan statistikaya əsasən, sözügedən rayonda bu göstərici 15% təşkil edir.
Həmçinin Xətai rayonu üzrə 13,2%, Yasamal rayonu üzrə 12,2%, Sabunçu rayonu üzrə 10, 8%, Suraxanı rayonu üzrə 8,2%, Nərimanov rayonu üzrə 8,3%, Nəsimi rayonu üzrə 7,9%, Nizami rayonu üzrə 6,9%, Xəzər rayonu üzrə 6,9%, Qaradağ rayonu üzrə 5,1%, Səbail rayonu üzrə 5,1%, Pirallahı rayonu üzrə 0,5% statistika qeydə alınıb.