Bakıda daha bir neçə xəstəxana birləşdirilir.
Eləcə də bax: Azərbaycanda tibb müəssisələri birləşdirilir - SİYAHI
FED.az xəbər verir ki, “M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” “Xüsusiləşdirilmiş Angioloji Mərkəz”in ona qoşulması ilə yenidən təşkil olunur.
Bundan başqa, “K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu” “Uşaq Nevroloji Xəstəxanası” və “6 nömrəli Uşaq Klinik Xəstəxanası”nın ona qoşulması ilə yenidən təşkil edilir. (Report)