Bu gün Bakıda 3-cü Qlobal Sağlamlıq Turizmi Forumu (GHTC) işə başlayıb. Aprelin 25-dək davam edəcək forumda 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət 150 nəfər xarici və yerli qonağın iştirakı nəzərdə tutulur.
FED.az xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclis, aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanları, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycancan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Mehmanxanalar Assosiasiyası, turizm informasiya mərkəzləri, müalicəvi-sağlamlıq mərkəzləri, turizm şirkətləri və ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edir.
Qeyd edək ki, sözügedən forumun ilk tədbiri İordaniyada, ikincisi isə Birləşmiş Ərəb Əmirliklərində təşkil olunub.
Eləcə də bax: 500 nəfər azərbaycanlı Gürcüstana buraxılmayıb