Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il yanvarın 10-da ölkə üzrə 403 ictimai iaşə obyektində 726 monitorinq keçirib.
FED.az AQTA-ya istinadən monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Sakit Qocayev küçəsində yerləşən, fiziki şəxs Sadıqova Mehparə Neymət qızına məxsus kafe;
2. Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küç., mən. 24 ünvanında yerləşən, hüquqi şəxs “Namaste” MMC-yə məxsus “Namaste” kafesi;
3. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küç., ev 142b ünvanında yerləşən, hüquqi şəxs “Azemat” MMC-yə məxsus restoran;
4. Sumqayıt şəhəri, 17-ci mikrorayon, Niyazi küçəsində yerləşən, fiziki şəxs Ağazadə Cahid Nadir oğluna məxsus “Zəngəzur” restoranı.