Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) AQTA əməkdaşları Səbail rayon İcra Hakimiyyəti nümayəndələri və Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ilə birgə Səbail rayonu Badamdar qəsəbəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində antisanitar vəziyyət və qanunsuz heyvan kəsiminə qarşı reyd keçiriblər.
Eləcə də bax: Daha bir quş əti sexi - BAĞLANDI - FOTO
FED.az xəbər verir ki, reyd zamanı 10 kəsim sahəsinə baxış keçirilib.
Müəyyən edilib ki, bu ünvanda fəaliyyət göstərən ət satışı mağazalarında antisanitar vəziyyət və baytarlıq ekspertizası aparılmadan ətlərin satışı həyata keçirilir. Bununla əlaqədar olaraq sahibkarlıq subyektlərinə məxsus qeyri-qanuni fəaliyyət göstərən ət satışı mağazalarında qanunsuz heyvan kəsimində istifadə olunan dəmir konustruksiyalı qurğular yerli icra orqanının əməkdaşları tərəfindən ləğv edilib.