İstehlaka yararsız qida məhsulları məhv edilib.
Eləcə də bax: "Meliksakşah sultan"ın yararsız şirniyyatları - MƏHV EDİLDİ
Bu barədə FED.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, “AzerTürk-XXI.TTC.SAN” MMC-nin ümumi çəkisi 1087 kq “Tat” əmtəə nişanlı manna yarması məhsuluna qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı AQTA müraciəti əsasında, idxal olunmuş məhsullardan götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılmış ekspertizası nəticəsində bağırsaq çöpü qrupu bakteriyalarının miqdarının normadan artıq olduğu müəyyən olunub.
Faktla bağlı Agentlik tərəfindən 20.03.2022-20.09.2023-ci il tarixli, 0322 nömrəli məhsul partiyasının zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə qərar qəbul edilərək “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.