FED.az-ın məlumatına görə, ticarət dövriyyəsinin 14,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-oktyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1 faiz və 3,2 faiz üstələyib.
ELƏCƏ DƏ BAX: Azərbaycan şirkəti 3 milyonluq şərab ixrac edəcək –MÜQAVİLƏ
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2017-ci ilin yanvar- oktyabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 29 473,5 | 102,6 |
o cümlədən: | ||
ərzaq məhsulları | 13 514,9 | 102,3 |
içkilər və tütün məmulatları | 1 265,5 | 100,5 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 5 413,6 | 103,3 |
elektrik malları və mebellər | 1 835,5 | 102,6 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 213,6 | 102,0 |
əczaçılıq və tibbi mallar | 394,5 | 102,2 |
avtomobil yanacağı | 1 700,3 | 101,9 |
digər qeyri-ərzaq məhsulları | 5 135,6 | 103,7 |
2018-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının 17,0 faizi ticarət müəssisələri, 50,9 faizi fərdi sahibkarlar tərəfindən, 32,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 37,1 faiz artmış, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalarda 4,4 faiz azalmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 300,4 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,2 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,8 manatlıq qeyri-ərzaq məhsulları almışdır.