Xəbər verdiyimiz kimi bu gün Bakıda dünya turizm brendlərinin iştirakı ilə sərgi keçirilib.
FED.az xəbər verir ki, bu sərgidə İsveçrənin Lozanna şəhərində fəaliyyət göstərən “Clinic Lemanic” klinikası da iştirak edib. Klinikanın biznesin inkişafı departamentinin direktoru Marina Oshchepkova portalımıza bildirdi ki, bu sərgidə iştiraklarının əsas məqsədi Azərbaycandan klinikalarına daha çox müştəri cəlb etməkdir:
“Klinikamız İsveçrənin Lozanna şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrindən bizə müraciət edirlər. Qiymətlərimiz də o qədər qabarıq deyil. Yəni hər bir müalicə və müayinə üçün uyğun qiymətlər təklif edirik.”
Marina Oshchepkovanın sözlərinə görə, bu klinikaya daha çox müraciət arasında azərbaycanlılar da çoxluq təşkil edir:
“Azərbaycandan bizim klinikaya müraciət edənlər daha çox estetik əməliyyat əməliyyat üçün gəlirlər. Bu əməliyyatın qiyməti əməliyyat növlərinə görə, 800-2000 avro arasında dəyişir.”
Klinikanın nümayəndəsi bildirdi ki, Azərbaycandan olan müştərilən sayı çoxalarsa “Clinic Lemanic”in Bakı nümayəndəliyini də açmağı düşünə bilərlər.
Azərbaycanlılar daha çox estetik əməliyyat üçün müraciət edir – İSVEÇRƏ KLİNİKASI
17:55
19 Aprel 2018