“Azərbaycanın regionlarında çoxfunksiyalı mərkəzi xəstəxanaların yaradılmasını planlaşdırırıq ki, insanlar yaşadıqları yerlərə yaxın ərazilərdə tibbi xidmət ala bilsin”.
Eləcə də bax: Dövlət Agentliyi: “Onlarla xəstəxana sökülməli və yenidən inşa edilməlidir”
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum - IBF) deyib.
“Ucqar kənd və qəsəbələrdə tibbi xidmətlərə əlçatanlığı təmin etmək əsas hədəflərimizdən biridir. Həkimlərin böyük hissəsi Bakıda cəmlənib”, - deyə o, qeyd edib.
Bundan başqa, A.Nəsirov deyib ki, tibbi xidmət sahəsində ölkədə aparılan islahatlar əhalini maliyyə risklərindən qoruyur: “Əvvəllər ölkədə evini satıb, borca girib bahalı əməliyyatlar etdirənlər var idi. Biz dövlət xəstəxanalarında göstərə bilmədiyimiz bəzi tibbi xidmətləri özəl xəstəxanalarda əlçatan etmişik ki, əhali maliyyə risklərinə getməsin”.