2023-cü ilin sonuna Azərbaycanda çalışan həkimlərin sayı 33,6 min nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə ən az həkim isə Daşkəsən rayonundadır - cəmi 7 nəfər.
Xocalı və Sədərəkdə isə bu göstərici 9-dur.
Zəngilan və Kəngərlidə isə cəmi 14 həkim fəaliyyət göstərib.
Qubadlı rayonunda isə ötən ilin sonuna 20, Cəbrayıl və Şahbuzda 23, Culfa rayonunda isə 27 həkim olub.