COVID-19 əleyhinə effektiv vaksinlərin istehsalı məqsədilə yaradılmış “COVAX” təsisatına Azərbaycan Respublikası öhdəlikli satınalma müqaviləsi ilə qoşulub. Müqavilə üzrə Azərbaycan əhalisinin 10 faiz hissəsinin vaksinasiyası üçün çoxtərəfli formatla vaksinlərin əldə edilməsi razılaşdırılıb.
Eləcə də bax: Azərbaycana «Pfizer-BioNTech» vaksini verilmədi – HÖKUMƏTDƏN KƏSKİN ETİRAZ - YENİLƏNİB
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Məlumata əsasən, bu məqsədlə 3235.8 min ABŞ dolları məbləğində ilkin ödəniş həyata keçirilib. Bundan əlavə 18 milyon 100.5 min ABŞ dolları məbləğində ödənişin həyata keçirilməsi planlaşdıırlır.
“COVAX” təsisatının məlumatına əsasən, vaksinlərin ölkələr arasında paylanmasına 2021-ci ilin fevral ayından başlanılıb. (APA)