Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev vəzifəsindən azad olunub.
Eləcə də bax: TƏBİB-də yeni təyinat olub
FED.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Cəlal İsayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub. C.İsayevin yerinə isə Təyyar Eyvazov gətirilib.
Qeyd edək ki, T.Eyvazov Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır. (Report)