Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb.
FED.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Yekaterina Tikaradze bildirib. Onun sözlərinə görə, xəstəliyin aşkarlandığı 50 yaşlı şəxs fevralın 25-də İrandan Azərbaycana, buradan isə Gürcüstana keçib.
O, Tbilisidə xəstəxanaya yerləşdirilib. Onun kliniki baxımdan sağlam olduğu bildirilib.