Azərbaycanda 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 3 nəfər isə vəfat edib.
FED.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
İndiyə qədər 188 950 test edilib, bu gün isə 7420 test edilib.
Yoluxanların sayı 2422-yə çatıb, 31 nəfər vəfat edib. Ümumi sağalanların sayı isə 1620 nəfərdir.