Azərbaycanda 2023-cü ildə 18 462 şəxsdə törəmə (xərçəng xəstəliyi) aşkar edilib.
FED,az xəbər verir ki, bu 2022-ci ildəki göstərici ilə müqayisədə 3 530 nəfər və ya 24% artıqdır.
Ümumiyyətlə son 8 il ərzində – 2015-ci ildən 2023-cü ilədək ölkədə yeni törəmələrin aşkar edildiyi xəstələrin sayı 7344 nəfər və ya 66% artıb.
2015-16-cı illərdə bu göstərici 12 minə çatmırdı. Hazırda isə rəqəmlər ildə 18,5 min nəfərə çatır.
Ümumilikdə ölkədə hər 10 min əhali arasında törəmə tapılan şəxslərin sayı 18,2 nəfər olub. Bu göstərici də 2022-ci illə müqayisədə 23%, 2015-ci illə müqayisədə isə 56% artıqdır. Xatırladaq ki, 2021-2022-ci illərdə Azərbaycanda hər 10 min nəfərə düşən yeni tapılan xərçəng xəstələrinin sayı 14,8 nəfər, 2020-ci ildə isə 12,1 nəfər olmuşdu.