Son 24 saatda Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən məlumat verir ki, indiyədək Azərbaycanda 1 932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1 441 nəfər müalicə olunaraq sağalmış, 25 nəfər vəfat edib, 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 157 932 test aparılıb.
Xatırladaq ki,
8 Apreldə 105 yoluxma,
9 Apreldə 104 yoluxma,
10 Apreldə 65 yoluxma,
11 Apreldə 67 yoluxma,
12 apreldə 40 yoluxma,
13 Apreldə 50 yoluxma,
14 apreldə 49 yoluxma,
15 apreldə 56 yoluxma,
16 apreldə 30 yoluxma,
17 apreldə 57 yoluxma,
18 apreldə 33 yoluxma,
19 apreldə ilə 25 yoluxma,
20 apreldə 38 yoluxma,
21 apreldə 44 yoluxma,
22 apreldə 38 yoluxma,
23 apreldə 30 yoluxma,
24 apreldə 44 yoluxma,
25 apreldə 25 yoluxama,
26 apreldə 28 yoluxma,
27 apreldə 33 yoluxma,
28 apreldə 39 yoluxma,
29 apreldə 49 yoluxma,
30 apreldə 38 yoluxma,
1 mayda isə 50 yoluxma,
2 mayda 40 yoluxma faktı qeydə alınıb.