Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərov koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçib, nəticə pozitiv çıxıb.
Eləcə də bax: Daha 1 nəfər virusdan həlak oldu - 17 YENİ YOLUXMA
FED.az xəbər verir ki, bu barədə 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov məlumat verib.
E.Nəsirov bildirib ki, A.Dilavərov rayonda karantinə yerləşdirilib: “Müalicə davam etdirilir. Özünü yaxşı hiss edir, immuniteti güclüdür. Ümid edirik ki, tez bir zamanda sağalacaq, fəaliyyətini davam etdirəcək”.
Pravda