Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın monitorinqi və qiymətləndirilmə sistemi yaradılacaq.
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda öz əksini tapıb.
Qeyd olunub ki, strategiyanın vəzifələrinin icrasının qiymətləndirilməsi üçün proses və nəticə indikatorları müəyyən edilməlidir. Burada Strategiyanın qarşısında qoyulan hədəflər əsas götürülməli və zəruri göstəricilər üzrə mütəmadi monitorinq həyata keçirilməlidir.
Monitorinq və qiymətləndirilmə sistemi Strategiyanın icrasının qiymətləndirilməsi, problemlərin aşkar olunması, aradan qaldırılması və müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan məlumatlarla təmin etməlidir.
Proses və nəticə indikatorlarının müəyyən edilməsi tibbi göstəricilər, epidemioloji vəziyyət və iqtisadi göstəricilər üzrə aparılmalıdır.
Mütəmadi monitorinq və qiymətləndirmə prosedurları isə aşağıdakı kimidir:
- vətəndaşlar üzrə;
- məntəqə və bölgələr üzrə;
- xidmət keyfiyyəti üzrə.
İcraya nəzarət və problemlərin vaxtında aradan qaldırılması:
1. tibbi heyət üzrə;
2. vaksinlər üzrə;
3. məsul qurumlar üzrə.
Monitorinq və qiymətləndirilmə üzrə dəstək fəaliyyətləri:
- “Soyuq zəncir” üzrə;
- məlumat bazası və təhlil üzrə;
- maarifləndirmə üzrə.