“İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilmişdir”.
Eləcə də bax: İlham Əliyevin təşəbbüsü videokonfrans vasitəsilə Zirvə görüşü keçirilib - TAM MƏTN
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır: “Aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdəyik. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılmışdır”.