Azərbaycanda şəkərli içkilərə aksiz dərəcəsi tətbiq olunması təklif edilib.
Eləcə də bax: Aksizli mallarla bağlı pozuntulara görə - cərimə məbləğləri - SİYAHI
FED.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev gündəmə gətirib.
Qeyd edək ki, "Tibbi sığorta haqqında" qanuna əsasən, hazırda vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı İcbari Tibbi Sığorta Fondu üçün tutulur. Həmin vəsaitlər isə hesabat dövründən sonrakı ayın 20-dən, yəni aprelin 20-dən gec olmayaraq İcbari Tibbi Sığorta Fonduna ödənilməlidir. (Apa)