"Omikronla bağlı vəziyyət diqqət mərkəzindədir. Test nümunələri seçmə üsulu ilə genetik laboratoriyada yoxlanılır".
FED.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, bu günə ölkədə omikron ştamına yoluxma halı qeydə alınmayıb.