Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə koronavirusa yoluxub.
Eləcə də bax: “Aztelekom”un baş direktoru - Koronavirusa Yoluxub
FED.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verib.
Məlumata görə, PCR testinin nəticəsi "müsbət" çıxmış E.Vəlizadə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti sabitdir.
Xatırladaq ki, 1964-cü il təvəllüdlü E.Vəlizadə 2007-ci ildən nazir müavinidir. (Report)