Yeni qanuna əsasən, qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına, eyni zamanda müxtəlif xəstəlik adlarının hallanmasına icazə verilməyəcək və bu cür məhsulların idxalı, istehsalı mümkün olmayacaq.
Eləcə də bax: Qida məhsulları üzərində məlumatlarla bağlı - Yeni Tələblər Qüvvəyə Minir
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bugünkü mətbuat konfransında deyib.
Qoşqar Təhməzli qeyd edib ki, təbii mineral sular üzərində mineral tərkibi ilə bağlı məlumatların göstərilməsinə nəzarət gücləndiriləcək. (Trend)