Digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəliyin diaqnostikası və müalicəsi üçün bütün imkanlar mövcuddur.
Azərbaycana meymunçiçəyi virusunun testi və dərmanı gətirilib
FED.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı yaranmış vəziyyətlə əlaqədar Afrikada “meymunçiçəyi” (mpox) epidemiyasını bütün dünya üçün təhlükə olan fövqəladə hal elan edib.
ÜST, həmçinin meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb. (Apa)