Vətəndaşlar Xəzər, Sabunçu və Binəqədi rayonları ərazisindəki çimərliklərdən istifadə edə bilərlər.
Eləcə də bax: FHN çimərliklərdə nöqsan və çatışmazlıqlar - AŞKARLAYIB
FED.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.
Onun sözlərinə görə, nəticələrə əsasən, Sahil, Şıx, Hövsan və Türkan çimərliyində çimmək məqsədə uyğun sayılmır: “Çünki bu ərazilərdə külli miqdarda bakteriya aşkarlanıb. Nəticələr barədə aidiyyəti qurumlara məlumatlar veriləcək". (Report)