Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 428 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 9 nəfər vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 416 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 298, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 215, üç və daha çox doza vaksin vurduranların sayı 774, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 129 nəfərdir.