Sağlamlıq

Azərbaycanda koronavirusla bağlı - SON VƏZİYYƏT AÇIQLANDI

Azərbaycanda koronavirusla bağlı - SON VƏZİYYƏT AÇIQLANDI | FED.az
21:05 27 May 2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 27-nə olan statistik göstəriciləri açıqlayıb.

Eləcə də bax: Dünyanın ən böyük xəstəxanalarından biri - İSTANBULDA AÇILACAQ

FED.az "report"a xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 325 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 280 663 test aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb, 2 nəfər isə vəfat edib.

Bununla da ölkəmizdə koronavirusa yoluxanların sayı 4 568 nəfərə, sağalanların sayı 2 897 nəfərə, ölənlərin sayı isə 54 nəfərə çatıb.

 

 

M

Digər xəbərlər