Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 14-nə olan statistik göstəriciləri açıqlayıb.
Eləcə də bax: Azərbaycanda dezinfeksiya tunelinin - İSTEHSALINA BAŞLANILDI
FED.az "report" xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 5 745 test edildiyi bildirilib.
Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 214 291 test aparılıb.
Qeyd edək ki, bu gün Azərbaycanda 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.
Bununla da Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı 2 879 nəfərə, onlardan sağalanların sayı isə 1 833 nəfərə çatıb. Ümumilikdə, 35 nəfər vəfat edib, 1 011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.