“Azərbaycanda koronavirusla bağlı bu gün İşçi Qrupu yaradılıb”.
Eləcə də bax: Prezident koronavirusla bağlı - TAPŞIRIQ VERDİ
FED.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib.
O deyib ki, İşçi Qrupuna Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) kimi qurumların nümayəndələri daxildir:
“Bu qurumlar bir-birləri ilə əlaqəli işləyirlər”.
Xatırladaq ki, İşçi qrupun yaradılması ilə bağlı qərar yanvarın 28-də Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün keçirilən müşavirədə qəbul olunub.
Report