Azərbaycanda koronavirus infeksiyasına daha 534 yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 19 min 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 11 min 291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib. Aktiv xəstə sayı 8269 nəfərdir.
Ötən müddət ərzində 509 min 811 test aparılıb. Bugünkü test sayı isə 6846-dır.
azərtac