Azərbaycanda koronavirusa (COVID-19) 4323 yeni yoluxma faktı qeydə alınıb, 2180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, 42 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 54750 nəfərdir. Ölkədə son sutka ərzində 17621, hazırkı dövrədək isə 1817804 test aparılıb. Ümumi ölənlərin sayı 1593 nəfərdir.
Ümumi yoluxanların sayı 142323 nəfər, ümumi sağalanların sayı 85980 nəfərdir.