Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilən 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Eləcə də bax: Azərbaycanda 19 koronavirusa yoluxma halı qeydə alınıb - RƏSMİ
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.
Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb.
Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.
Report