Azərbaycanda bu gün koronavirus infeksiyasına 4449 yeni yoluxma faktı qeydə alınıb, 9372 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 764 min 202 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 713 min 324 nəfər müalicə olunaraq sağalıb, 9 min 157 nəfər vəfat edib. Aktiv xəstə sayı 41 min 721 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 558, bu günə qədər isə ümumilikdə 6 milyon 447 min 62 test icra olunub.
Son sutkada 30 nəfər COVID-19-dan dünyasını dəyişib.