Azərbaycanda son sutkada koronavirus infeksiyasına 120 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 826 min 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 382 nəfər müalicə olunaraq sağalıb, 10 min 17 nəfər vəfat edib. Aktiv xəstə sayı 404 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 459, bu günə qədər isə ümumilikdə 7 milyon 441 min 759 test icra olunub.