Azərbaycanda son sutkada koronavirus infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışanların - MAAŞI ARTIRILIB
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Müştəri “Zeytun”dakı dərmanların qeydiyyatsız olduğunu - BELƏ ÜZƏ ÇIXARDI
Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 min 55 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşdirilib, onlardan 816 min 462 nəfər müalicə olunaraq sağalıb, 10 min 33 nəfər vəfat edib. Aktiv xəstə sayı 560 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2112, bu günə qədər isə ümumilikdə 7 milyon 449 min 907 test icra olunub.