“Aldığım son məlumata görə Azərbaycanda koronavirusa yoluxmuş 3 şəxsin vəziyyəti stabildir”.
FED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında yaradılmış qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.
O qeyd edib ki, şəxslərin müalicəsi üçün hər bir şey edilir:
“Ümid edirik ki, tez bir zamanda sağalacaqlar”.
Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 90 927 nəfərə, ölənlərin sayı 3123 nəfərə çatıb.
Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.
Digər şəxs 17 iyul 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub.
29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs Qum şəhərindən gəlib və o da xəstəxanaya fevralın 26-da yerləşdirilib.
Modern