Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4451 yeni yoluxma faktı qeydə alınıb, 4283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 175874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 111918 nəfər müalicə olunaraq sağalıb, 1922 nəfər vəfat edib, aktiv xəstə sayı 62034 nəfərdir.
Ölkədə son sutka ərzində 15059 , hazırkı dövrədək isə 1953303 test aparılıb.
Qeyd edək ki, 12 Dekabr 2020-ci il tarixində isə son gün ərzində 4268 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
01 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4426) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.