Azərbaycanda koronavirusun mənfi saldosu – virusa yoluxanlardla sağalananların fərqi getdikcə azalmaqdadır.
FED.az xəbər verir ki, koronavirusun mənfi saldosu virusu qarşı tədbirlərin idarə olunması baxımınldan mühüm göstəricidir. Bu rəqəmlər həm virusdan qorunmaq üçün görülən ehtiyat tədbirlərinin, həm də xəstələrin müalicəsinin və ümumilikdə prosesin nə nəqədər effektli olduğunu izləməyə imkan verir.
FED.az-ın ilk sərt karantdən (aprelin sonunda başa satıb) sonrakı dövr üzrə araşdırması göstərir ki, may ayının sonunadək yoluxan/sağalan fərqi əsasən 100 nəfərdən az olub. Başqa sözlə aktiv xəstələrin sayı ciddi artmırdı. Əksinə, may ayının bəzi günlərində (2, 13 və 19 may tarixlərində) sağalanların sayı yeni yoluxmaları üstələyirdi. Amma may ayının 20-dən sonra mənfi saldo yenidən bərqərar olub. Ümumilikdə may ayında gündəlik aktiv xəstə sayı artımı orta hesabla 51 olub.
İyun ayının əvvəllərində isə aktiv xəstə sayı daha sürətlə artaraq gündə 200-300-ü keçib. Ən böyük yoluxma/sağalma fərqi iyunun 3-də qeydə alınıb – 441. Həmin 598 yeni yoluxma və cəmi 157 sağalma qeydə alınmışdı. Ən az fərq isə 86 nəfər olmaqla iyunun 9-da qeydə alınıb. Bütün iyun ayında mənfi saldo orta hesabla 200 ətrafında dəyişib.
Yoluxan/sağalan fərqi iyulun ilk günlərində də böyük olsa da, sonradan fərq kəskin azalmağa başlayıb. Və son bir həftə ərzində 100-dən aşvğı düşüb. Nəhayət iyulun 10-da koronavirusa yeni yoluxanların sayı sağalanların sayını cəmi 24 nəfər üstələyib.
Doğrudur, bəzi məlumatlara görə, koronavirus testləri ölkə əhalisini tamamilə əhatə etmədiyinə görə xəstə sayı daha çox ola bilər. Üstəlik, bəzi hallarda simptomları özünü büruzə vermədiyini görə, insnalar virusa yoluxmalarından xəbərsiz də olurlar. Amma rəsmi rəqəmlər göstərir ki, sərt karantin rejimi, ciddi nəzarət tədbirləri, təbliğat, insanların xəstəliyə artıq ciddi yanaşması və qoruma tədbirlərinə əvvəlkindən daha yaxşı əməl etmələri nəticəsini verməyə başlayıb.
Yeni gəlmişkən, iyulun 11-ə açıqlanan rəqəmlərə görə. Yoluxmia sayı 531, sağalma sayı 514 olmaqla fərq bir qədər də azalaraq 17 nəfərə düşüb.