FED.az xəbər verir ki, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.