Azərbaycan Respublikasında 127 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 107 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Eləcə də bax: ATV-nin bütün əməkdaşları koronavirus testindən keçirilir - VİDEO
FED.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1952 və 1982-ci il təvəllüdlü üç nəfər vəfat etmişdir.
Hazırkı dövrədək ölkəmizdə 3982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2506 nəfər müalicə olunaraq sağalmış, 49 nəfər vəfat etmiş, 1427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 265.067 test aparılmışdır.