Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.