Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 772 yeni yoluxma faktı qeydə alınıb, 3048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 215483 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 172019 nəfər müalicə olunaraq sağalıb, 2538 nəfər vəfat edib, aktiv xəstə sayı 40926 nəfərdir.
Ölkədə son sutka ərzində 9502, hazırkı dövrədək isə 2163064 test aparılıb.
Qeyd edək ki, 27 dekabr 2020-ci il tarixində isə son gün ərzində 1519 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.