Azərbaycanda son sutkada koronavirus infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 965 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 395 nəfər müalicə olunaraq sağalıb, 10 min 6 nəfər vəfat edib. Aktiv xəstə sayı 564 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1930, bu günə qədər isə ümumilikdə 7 milyon 420 min 424 test icra olunub.