Bu gün ölkədə 113 nəfər koronavirusa yoluxub. 40 nəfər sağalıb, 1 nəfər isə vəfat edib.
FED.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Y.Qarayeva qeyd edib ki, 3387 ümumi yoluxan var: "Bu günə qədər 235 910 test edilib".
Qeyd edək ki, indiyə qədər ölkəmizdə 3 387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 055 nəfər müalicə olunaraq sağalıb, 40 nəfər vəfat edib.