Xəbər verildiyi kimi, bu ildən etibarən Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin işə düşəcəyi gözlənilir.
Yeni sığorta mexanizmi Azərbaycanın kənd təsərrüfatı sahəsində çalışan fermer və iş adamlarının məhsullarını və qazanclarını müxtəlif risklərdən qoruyacaq.
Bu yenilik ərəfəsində Aqrar Sığorta Fondunun təşəbbüsü ilə, FED.az biznes portalı əhalinin, xüsusilə fermerlərin və kənd region sakinlərinin aqrar sığorta sahəsində savadlılığının artırılması və ehtiyclarının öyrənilməsi üçün sorğu keçirir.
Bu sorğu fermerlərə daha sərfəli, onları aktual risklərdən qoruyan və biznesinə dəstək olan sığorta məhsulları təklif etməyə imkan verəcək.
Sorğu iştirakçıları sualların cavablarını saytın emailinə ([email protected]) göndərə bilərlər.
Sorğu sualları:
1) Hansı regionu təmsil edirsiniz?
2) Kənd təsərrüfatının hansı sahəsində çalışırsınız?
3) Kənd təsərrüfatı ilə nə qədər müddətdir ki, məşğul olursunuz.
4) Əkin sahələrinizi və heyvanlarınızı sığortalayacaq sığorta məhsuluna ehtiyac hiss edirsinizmi?
5) Təbii fəlakətlər və digər hallar səbəbindən əkni sahəsi və ya təsərrüfatınıza zərər dəyibmi?
6) Yaşadığınız ərazi, kənd, qəsəbə və icmada belə hallar olubmu?
7) Aqrar sığorta barədə məlumatlısınızmı?
8) Sizcə aqrar sığorta hansı kənd təsərrüfatı bitki və heyvanlarını, eləcə də məhsullarını sığortalamalıdır?
9) Sizcə Aqrar Sığorta bitki və məhsulları ilk növbədə hansı risklərdən sığortalamalıdır?
10) Sizcə Aqrar Sığorta heyvanaları ilk növbədə hansı risklərdən sığortalamalıdır?
11) Məhsullarınızın sığortasız olması sizin fəaliyyətinizə hər hansı çətinlik yaradırmı? (məsələn, bank kreditlərinin alınması zamanı, daimi xarakterli müqavilələrinin bağlanılması zamanı və sair?)
12) Siz yuxarıda göstərilən risklərdən qorunmaq müqabilində kənd təsərrüfatınızdan əldə etdiyiniz gəlirin müəyyən hissəsini sığorta haqqı olaraq ödəməyə hazırsınızmı?
13) Risklərinizin daima qarşılanacağı halda təsərrüfatınıza əlavə yatırım etməyə və onu genişləndirməyə hazırsınızmı?
14) Yeni sığorta mexanizmində sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sizin üçün nə qədər ciddi dəstəkdir?
15) Aqrar sığorta ilə bağlı əlavə təklifləriniz olarsa, qeyd edin.
Sorğuda iştiraka görə təşəkkür edirik.