Banner

Sağlamlıq

Azərbaycanda koronavirusa yenə cox sayda yoluxma - 2 NƏFƏR VƏFAT ETDİ

Azərbaycanda koronavirusa  yenə cox sayda yoluxma  - 2 NƏFƏR VƏFAT ETDİ | FED.az
17:10 4 İyun 2020

Azərbaycanda 262 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Eləcə də bax: Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda sərt karantin rejimi tətbiq olunacaq - RƏSMİ

Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1960 və 1963-cü il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 6 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib, 2 707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322 574 test aparılıb.

Digər xəbərlər

Banner