“Azərbaycanda koronavirus şübhəsi olan xəstə hələ ki aşkarlanmayıb”.
FED.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Eləcə də bax: Azərbaycanın Səhiyyə naziri koronavirusla bağlı - ƏMR İMZALAYIB
"Əgər belə hal aşkar olunsa, nəzərdə tutulan tibb müəssisələrində lazımi şərait yaradılıb. Həmçinin mərkəzi rayon xəstəxanalarında da palatalar ayrılıb. Lazımi dərman preparatları və digər ləvazimatlarla təminat yüksək səviyyədə təşkil olunub”.
Report