Əhali tərəfindən dərman vasitələrini qeydiyyatı ilə bağlı ciddi narazılıqlar var idi.
Deputat: "73 manatlıq əvəzinə ölkəyə 230 manatlıq dərman gətirilir"
FED.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişkiliyin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov bildirib.
O bildirib ki, dərman qeydiyyatı üçün çoxlu sayda sənədlər istənilirdi.
“İndi qəbul edəcəyimiz qanun layihəsi bunu nizama salacaq. Dövriyyədə olan dərman vasitələrinin keyfiyyəti ilə bağlı da ciddi narazlıqlar var idi. Belə ki, artıq istehsal olunan dərmanların keyfiyyətinə ciddi nəzarət var.
Keyfiyyətsiz və vaxtı keçmiş dərmanların apteklərdə satılmasının qarşısı alınacaq. Bundan başqa, dərman vasitələrinin qiymətlərinin optimallaşdırılması istiqaməsində də işlər aparılır”, - deyə komitə sədri qeyd edib. (Trend)